Putin – bu günün gələcəyə transformasiyası

Çıxarıb ilk çələngi alnından tikanlı və dəfnədən bir çələng taxdılar ona, və gizli iynələr budaqların altından batdı şanlı alnına… 

Y.Lermontov (“Şairin ölümü”)

Dekabrın 18-də Rusiya prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransını ötən ilin yekunlarına həsr olunmuş tədbirdən daha çox Kremlin yaxın gələcək üçün kursunu bildirən və anons edən tədbir kimi qiymətləndirmək olar. Faktiki olaraq, mətbuat konfransı prezidentin dekabrın 4-də Federal Yığıncağa etdiyi müraciətin məntiqi davamı oldu.

Indi Putin daha açıq şəkildə ifadə etdi ki, o, güclü iqtisadi böhrandan Rusiya dövlətini xammal əlavəsindən dünya iqtisadiyyatının irəliləyişin dayağı və mühərriki kiçik və orta biznes, daha dəqiq isə, yüksək keyfiyyətli mal və xidmət istehsaçılarının orta sinfi olan innovasiya hissəsinə çevirmək üçün onun sistemli şəkildə yenidənqurması üçün istifadə etmək istəyir. Rusiya rəsmi mənbələrinin məlumatına görə, Dmitri Medvedevin Nazirlər Kabineti sürətlə böyük qanunverici sənədlər paketi hazırlayır.

Putinin sözlərindən aydın olub ki, Rusiya xammal keçmişi və israfçı həyatı ilə vidalaşmalıdır. O, qiyamçı şair Mixail Lermontovun “Şairin ölümü” inqilabi şeirindən sitat gətirib (əvvəllər o, belə etmirdi):

“Əlvida, natəmiz, kirli Rusiya,

Əlvida, ağalar, qullar ölkəsi.

Mavi mundirlilər, sizə əlvida,

Əlvida mundirə baş əyən nəsil”.

Putin demək istəyib ki, o, özü Rusiya cəmiyyətinin hamilə olduğu inqilabi dəyişikliklərə rəhbərlik etməyə hazırdır, amma qan axıtmadan.

“Indi” fəlsəfi ölçüsündə yaşayan praqmatik Putinin belə dəyişməsi sürətlə dəyişən “bu günün” – neftin qiymətinin düşməsinin, rublun dəyərdən düşməsinin, iqtisadiyyatın tənəzzülünün tələbidir. Hələ on il əvvəl o, Ömər Xəyyamın fəlsəfi şeirini rəhbər tuturdu:

Dünənki itkiyçün göz yaşı tökmə,

Bugünkü işləri sabahın arşını ilə ölçmə.

Nə ötən, nə gələcək dəqiqəyə inanma,

Indiki dəqiqəyə inan, indi xoşbəxt ol.

Amma indi Putinin narahatlığı 2018-ci ilə qədər onun prezidentliyinin ən çətin dövrünü əhatə edən gələcəyə yönəlib. Onun auditoriyaya Rusiyanın güclü dövlət qurulması və ya öz kimliyini itirmək kimi seçim qarşısında qaldığı haqqında mesajını böhranın aradan qaldırılması yolunda bütün millətin birləşməsinə çağırış kimi qiymətləndirmək olar. “Rusiya diqqətini cəmləşdirir”, Putinin mətbuat konfransında sıx-sıx təkrarlanan fikir bundan ibarət idi. Bu ifadə XIX əsrin ikinci yarısında Rusiyanın xarici siyasətini “zadəgan beynəlmiləlçiliyindən” Krım müharibəsində məğlubiyyətin zəiflətdiyi dövlətin milli maraqlarının müdafiəsinə doğru dəyişdirmiş məşhur Rusiya diplomatı Aleksandr Qorçakovdan götürülüb.

Ümumiyyətlə, Rusiyanın dərinləşən problemləri Putini diqqətini, Qorçakovun sözləri ilə desək, Rusiya iqtisadçılarının qiymətləndirmələrinə görə yaxın bir neçə ayda daha da pisləşmə təmayülü olan daxili proseslərə cəmləşdirməyə məcbur edəcək.

Mətbuat konfransı zamanı Rusiya lideri ardıcı olaraq iki xəttə – Qərblə mürəkkəb münasibətlərdə ölkənin maraqlarını müdafiə etməyə hazırlıq və Rusiyanı sivil dünya məkanına inteqrasiya etdirə biləcək islahatlara hazırlıq xətlərinə sadiq qalmağa çalışıb.

Mahiyyətcə təkcə Rusiyanın Qərblə münasibətləri üçün deyil, həm də postsovet dövründə qurulmuş dövlət sistemi üçün kollaps olan Ukrayna mövzusu indi başqa cür – Rusiya prezidentinin son yarım ildə Ukrayna siyasətçilərinə ünvanladığı şablonlarsız və damğalarsız, barışıq notları ilə səslənirdi. Bu, Ukrayna mövzusunun qarşıdurmadan artıq Rusiyadaxili böhranın tənzimlənməsində Qərbin və Moskvanın mövqelərini yaxınlaşdıracaq sülh mövzusuna keçdiyini göstərir. Bu perpektivi Putinin başa çatmaqda olan ilin əvvəlində olduğu kimi canlı efirdə Qərblə qarşıdurma xətti qurmaması da təsdiqləyir. O, körpüləri yandırmaq niyyətində olmadığını, növbəti Rusiya yenidənqurması zamanı tərəflərin maraqlarının nəzərə alınması haqqında praqmatik dialoqa hazırlaşdığını göstərdi.

Putinin iqtisadi liberallaşma, Ukrayna böhranının tənzimlənməsi istiqamətində son bəyanatları yeni sanksiyalara hazırlaşsa da, paralel olaraq Kremllə yeni keçid dövrü şəraitində gələcək qlobal əməkdaşlıq haqqında məsləhətləşmələr aparan Qərbin diqqətindən qaça bilməz. ABŞ prezidenti Barak Obama ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə imkan verəcək “Ukraynanın azadlığına dəstək aktı – 2014″ü imzalasa da, eyni zamanda bildirib ki, Vaşinqton əvvəlki kimi Rusiyanın iqtisadi inkişafında və sabitliyində maraqlıdır və Moskva lazımi addımları atarsa, sanksiyaları zəiflətməyə hazırdır. Bununla əlaqədar olaraq, Yeni Ilin ilk günlərindən etibarən dünyanın Moskvanın lazımi istiqamətdə səmərəli cavab addımlarının şahidi olacağını gözləmək olar.

Rusiyanın növbəti yenidənqurmasının vektorlarının dəyişməsini diqqətə alaraq, bunun analoji tədbirlər görmək məcburiyyətində qalacaq qonşu avtoritar postsovet ölkələrinə də nəzərəçarpan təsirini gözləmək olar. Bundan başqa, onlar bazar institutları və siyasi institutları zəif olduğu üçün öz yenidənqurmalarını daha sürətli və ardıcıl formada həyata keçirməli olacaqlar.

Yerli liderlərdən hər biri Putinin ardınca günün tələbinə uyğun olaraq öz şairlərindən sitat gətirəcəklər. Azərbaycan prezidenti Ilham Əliyev də Lermontovun dostu olmuş  azərbaycanlı maarifçi yazar Mirzə Fətəli Axundovun yaradıcılığına müraciət edə bilər. O, “Puşkinin ölümünə Şərq poeması”nda yazırdı:

“Bu nə şandır ki, bilməm güclü sədası

Səma boşluqlarında şiddətlə gurlar.

Başqa xəyal etmə ki, bəllidir, fələk

Əhliylə daim eylər tərsinə rəftar”.

“Turan” Analitika Xidməti