«Azadlıq» repressiyaların zülmət şahlığında ümid işığıdır»

Londondan qəzetimizə yubiley təbriki

Tanınmış beynəlxadq təşkilatlardan, xarici diplomatlardan da «Azadlıq»ın ünvanına təbriklər gəlməkdədir. Onların sırasında “Indeks on Censorship” saytının redaktoru Şon Qallakser də var:

“İndeks söz azadlığı mükafatı»nın qalibi – «Azadlıq» qəzeti repressiyaların zülmət şahlığında ümid işığı olaraq qalmaqdadır. Qəzetin əməkdaşları təqiblərə baxmayaraq, hakimiyyətin əməlləri haqqında həqiqəti cəsurluqla deməkdə davam edirlər. “Indeks on Censorship” «Azadlıq» və onun oxucuları ilə birgədir. 25 yaşınız mübarək”.