Keçmiş kənd təsərrüfatı naziri Tofiq Hüseynli (Qara Tofiq) “Azadlıq” qəzetinin 25 illiyini təbrik edib. Tofiq bəy özünün facebook səhifəsində yazıb:
“Əziz “Azadlıq”sevərlər. Ləyaqətli ziyalı, çagdaş milli mətbuatımızın yaradıcılarından biri olan Nəcəf Nəcəfovun rəhbərliyi ilə “Azadlıq” qəzetinin nəşrə başlamasından 25 il ötür. Bu müddət ərzində vətənin dərdlərinin tərcümanı olan “Azadlıq” qəzeti haqq yolunda, çətinliklərdən qorxmayaraq irticaya, haqsızlıga qarşı mübarizənin önündə getdi. Və nə yaxşı ki, bu gün də tək qəzet olaraq öz yoluna, əqidəsinə sadiqdir. Bu şərəfli gündə qəzetə daxil olan hər bir kəsi ürəkdən təbrik edir, çətin və uzun yolda ugur və dəyanət arzulayıram. “Azadlıq” varsa, azadlıq da olacaq”.