Türkiyədə yerləşən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (Kafkassam) sədri Hasan Oktay “Azadlıq” qəzetini yubileyi münasibətilə təbrik edib.
“Azadlıq” qəzeti bir əsrin dörddə biri qədər yaşlandı. 25 il əvvəl “Azadlıq” qəzeti Azərbaycanın azadlığı və demokratiyaya qovuşması eşqi ilə başlanan bir mübarizədən doğuldu. Olduqca diqqətə layiqdir ki, bu gün də həmin eşqlə həmin mübarizəyə davam etməkdədir.
“Azadlıq” sadəcə bir qəzet deyil. O, Azərbaycan xalqı üçün özgürlük yurdudur, mübarizə əzminin atəşidir, gələcəyə ümidin işığıdır.
Sevgili “Azadlıq” qəzetinə dəfələrlə belə 25 illikləri kutlamağı arzu edirəm.
Fundamental insan haqlarının, hüququn üstünlüyünün, demokratiyanın yılmaz müdafiəçisi olan “Azadlıq” qəzeti! Min il yaşa!”, – deyə təbrikdə bildirilir.