Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da “Azadlıq”ın ünvanına səslənən təbriklərə qoşulub. Təbrikdə deyilir:
“Yarandığı gündən daima haqq yanında olan, 25 illik şərəfli yaradıcılıq yolu keçmiş, respublikanin ictimai siyasi həyatını dolğun əks etdirmiş, “Azadlıq” qəzetini, bu qəzetin yaranmasında, fəaliyyətində, inkişafında, müəyyən rol oynamış şəxsləri, əvvəllər və hal hazırda həmin qəzetdə çalışan bütün əməkdaşları bü əlamətdar gün münasibətilə, ürəkdən təbrik edirəm,
İndiki mühitdə bu qəzetdə çalışmaq özü bir fədakarlıqdır. Bu fədakarlığınızı qiymətləndirərək, haqq ədalət uğrunda mübarizə aparmaqda, hər oxucunun məhəbbətini qazanmaqda, həmişə haqqın yanında olmaqda sizə uğurlar diləyirəm.
Qəzetin daimi oxucusu Mirvari Qəhrəmanlı”