Namizəd Səfərov
İnanmaq belə çətindir. “Azadlıq” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 25 ili tamam olur. Əsrin 1/4 hissəsi. Bir igidin ömrüdür. Bu 25 il ərzində “Azadlıq” sözün əsil mənasında ölkədə azadlıq və demokratiya uğrunda yorulmadan mübarizə aparır.Bu 25 il ərzində “Azadlıq” bir gün də olsun rahatlıq bilmədən Azərbaycanın azadlıq və istiqlalı uğrunda çarpışır.Əsrin dörddə biri qədər uzanan bir müddət ərzində “Azadlıq” ölkənin bir nömrəli mətbuat və doğru informasiya vasitəsi olaraq qalmaqdadır.Bu müddət ərzində “Azadlıq” öz demokratik prinsip və ideyalarından bir addım da olsun geri çəkilməmişdir. Sonuncu 21 il ərzində isə “Azadlıq” mövcud rejimlə meydanda təkbətək mübarizədədir.Bu müddət ərzində “Azadlıq” qəzeti və onun əməkdaşları daim amansız təqiblərə məruz qalmış,onlarla əməkdaşı həbs və təhdidlərlə üzləşmişlər.Qəzet dəfələrlə bağlanmış,buraxılışlarına qədağalar qoyulmuş,redaksiyanın qərərgahları əlindən alınmışdır. Bütün bunlara baxmayaraq “Azadlıq” bu gün də öz mübarizəsini amansız təqiblər şəraitində davam etdirir. Mən “Azadlıq”ın bütün əməkdaşlarını və oxucularını,eləcədə AXCP-nın bütün üzvülərini bu yubiley münasibəti ilə ürəkdən təbrik edir, onların daşıyıcısı olduqları AZADLIQ ideyaların tezliklə qalib gələcəyinə zərrə qədər də şübhə etmirəm.