Məhkəmə meymuna insan hüququ verdi

Zooparklarda və sirklərdə saxlanılan heyvanlar azadlığa buraxıla bilər

Oranqutanqa insan hüquqları verilib. ANS PRESS-in məlumatına görə, Argentina məhkəməsi Buenos-Ayres zooparkının sakini olan oranqutanqın insan hüquqlarına malik olduğu barədə qərar qəbul edib. Oranqutan zooparkda 20 il müddətində yaşayıb. Məhkəmənin qərarına görə, heyvan bu müddət ərzində qanunsuz saxlanılıb və indi onu azadlığa buraxmaq lazımdır.

Qərarda qeyd edilir ki, əgər yaxın müddətdə məhkəmənin bu qərarından şikayət edilməzsə, oranqutanq Braziliya qoruğunda azadlığa buraxılacaq. Heyvanın hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, bu halda digər zooparklarda və sirklərdə saxlanılan heyvanları da azadlığa buraxmaq olar.

Oranqutanq sözü afrikalıların dilində meşədən gəlmiş adam deməkdir.