“Biz neft hasilatını azaltmayacağıq”

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanının neft naziri Əli əl Nəimi bildirib ki, OPEC üzvü olmayan ölkələr hasilatı azaltsalar belə, onların indiki siyasətləri dəyişməz olaraq qalacaq.

Səudiyyə Ərəbistanının neft naziri Əli əl Nəimi, Bazar günü mətbuata verdiyi açığlamada OPEC üzvü olmayan ölkələrə xitabən: “Əgər istehsalı azaltmaq istəyirlərsə, buyursunlar. Səudiyyə Ərəbistanı əminliklə bəyan edir ki, hasilatda hər hansı azalma olmayacaq”.