Leyla Yunus “Azadlıq”a təbrik göndərdi

Həbsdə olan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus vəkili Elçin Qəmbərovdan «Azadlıq» qəzetinə təbrik göndərib.

Dar günündə ona arxa olduğuna görə «Azadlıq»a təşəkkür edən hüquq müdafiəçisi qəzetin Milli Azadlıq Hərəkatında xidmətlərini xüsusi qeyd  edib. «Azadlıq»ın daim insan hüquqları mövzusuna diqqət yetirdiyini deyən Leyla Yunus qəzetin çətin günündə ona dəstək olanlara, təbrik edənlərə də təşəkkürünü çatdırıb.