Nardaran ağsaqqalları “Azadlıq”ı təbrik etdi

Nardaran Ağsaqallar Şurasının sədri Məşədi Hatiq Kərimov “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edib:

 

“Azadlıq” qəzeti adına layiq qəzetdi. “Azadlıq” həm də müstəqillik dövründə çıxan ilk qəzetdi. “Azadlıq” qəzeti həmişə xalqın yanında olub, həmişə haqqı yazıb və haqsızlığa məruz qalanları müdafiə edib. Bu qəzeti həmişə dürüst, obyektiv görmüşəm. “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edirəm. Qəzetin fədakar kollektivinə fəaliyyətində uğurlar arzulayıram. Mən inanıram ki, “Azadlıq” qəzeti həmişə olduğu kimi bundan sonra da xalqın yanında olacaq, haqqı yazacaq və haqq uğrunda mübarizəsindən geri çəkilməyəcək”.