“Azadlıq”a Ukraynadan təbrik

Vyaçeslav Çernovil adına Ukrayna Azad Jurnalistlər Fondunun sədri Dmitro Ponamarçuk “Azadlıq” qəzetinin 25 illiyini təbrik edib. Təbrikdə deyilir:

“Azadlıq” 25. Sizin və bizim Azadlığımız uğrunda! Dövlətçilik və süverenlik mübarizəsində azadlıq adası olan, qəzetçilər dünyasında tanınan, hörmətli “Azadlıq” qəzetinin kollektivini təbrik edirəm. “Azadlıq” müstəqil və demokratik Azərbaycan deməkdir. Azərbaycana eşq olsun!