
Dekabrın 20-də AXCP İmişli rayon şöbəsinin qurultaya hazırlıq üzrə konfrası keçirilib. Konfrans, 106 nümayəndədən 102 nəfərin iştirakı ilə baş tutub. Konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Әli Qasımlının, Ali Məclis üzvü Rasim Bağırovun, NTK sədri Rasət Məmmədovun hesabatları dinlənildikdən sonra, İmişli şöbəsinin seçkili orqanlarına seçimlər olub, Әli Qasımlı yenidən İmişli rayon şöbəsinin sədri seçilib. Konfransda, partiyanın qarşıdakı qurultayına 14 nəfərdən ibarət qurultay nümayəndəsi də seçilib.
Partiya rəhbərliyindən AXCP Ali Məclisinin sədri Həsən Kərimov və partiya sədrinin müavini Əbülfəz Qurbanlı konfransda iştirak ediblər.









