Obama Rusiyaya qarşı yeni qanunu imzaladı

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalara imkan verən qanunu imzalayıb. Bu barədə Reuters məlumat yayıb. Məlumata görə, Obama deyib ki, qanunu imzalamasına baxmayaraq, ABŞ yeni sanksiyaları dərhal həyata keçirməyə hazırlaşmır. “Mənim administrasiyam Avropadakı tərəfdaş və müttəfiqlərimizlə Ukraynadakı vəziyyətlə bağlı sıx əməkdaşlığı davam etdirəcək”, – deyə prezident əlavə edib.

Qanun layihəsində  Rusiyanın müdafiə və enerji kompleksinə qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulub.

azadliq.info