İŞİD liderlərindən üçü öldürüldü

ABŞ-ın Hərb-Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində qruplaşmanın üç nüfuzlu səhra komandiri ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ Silahlı Qüvvələri komandanlarının Birləşmiş Komitəsinin sədri general Martin Dempsi bildirib.

“Bu (komandirlərin ölümü)  onların  planlaşdırma, komandanlıq və nəzarət imkanlarını pozur. Öldürülənlər şəxslər bizim prioritet hədəflərimizdən biri olub, onların hərbi komandanlığının ən yüksək rütbəli rəhbərlərindən biri olublar”, deyə Martin Dempsi Wall Street Journal nəşrinə müsahibəsində bildirib.   

Öldürülənlərin kimliyi açıqlanmır.

ABŞ hərbi komandanlığı  bu gün  İŞİD-in İraq və Suriyadakı mövqelərinə altı hava zərbəsinin endirildiyini bildirib.