“Biz hamıdan güclüyük”, “Biz heç kimdən qorxmuruq”, “Heç kim bizim daxili işlərimzə qarışa bilməz”. Bunlar daha çox başında durduğu xalqı hələ uzun illər əzib-yenmək, soyub-yağmalamaq üçün ÖLÜM SABITLIYI yaratmağa yönəlik siyasi ritorika kateqoriyasından söyləmələrdir. Arvad-uşaqları ilə birlikdə sağlamlıq, kef çəkmək üçün ayaqlarını çəkmədikləri Avropanı Almaniya başda olmaqla yıxıb-sürüyürlər.
Ortada çox ilginc incəlik var: Avropanın üç dayaq dövlətlərindən (Ingiltərə, Fransa, Almaniya) başlıca ölaraq birini – Almaniyanı yıxıb-sürüyürlər. Bunun da çox saya nədəni var: Azərbaycanı, Azərbaycan xalqını satmaq axarında istər Ingiltərə, istərsə də Fransa ilə uğurlu bazarlıqlarda bulunurlar; buna görə günləri çeşidli adlar altında sözügedən bu iki ölkədə keçir. Almaniya ilə deyilən bazarlıqları tutmur: Almaniya kəsinliklə bunlardan demokratik dəyərlərə, insan hüquqlarına sayğı istəyir. Buna görə Azərbaycanın, Azərbaycan xalqının yaxşılığına çalışan Almaniyaya düşmən kəsiliblər. “Ermənistan”, Iran, Rusiya başda olmaqla dünyanın hər yerində Azərbaycanın, Azərbaycan xalqının düşmənləri bunların dostu, dostlarısa düşmənləridir. O sıradan ABŞ.
ABŞ da bunlardan Almaniyanın istədiyini istəyir: demokratik dəyərlərə, insan hüquqlarına sayğı. Buna görə Almaniya kimi ABŞ-a da antipatiyaları aşıb-daşır: sən niyə bizim SUVEREN HÜQUQLARIMIZA qarşı çıxırsan? Bəlli olduğu kimi, (şeyxülislamın da bunu doğruladığı kimi!) bunlara Azərbaycanı, Azərbaycan xalqını istədikləri sayaq əzib-tapdamaq, soyub-yağmalamaq baxımından toxunulmaz SUVEREN HÜQUQLAR verilib. Bu hüquqlar isə sonsuzluğadək uzana bilən bütöv bir Ailə hüququdur. Bizdə bu hüququn iki başlıca dayağı var: biri şeyxülislam Allahşükür Paşazadə, o biri Ramil Usubov – hər ikisi DIN! Az qala unutmuşdum, üçüncüsü də var: Neft gözünə döndüyüm – qazla birlikdə! “Biz hamıdan güclüyük”, “Biz heç kimdən qorxmuruq”, “Heç kim bizim daxili işlərimizə qarışa bilməz”. DINlə qorxudarıq, polislə tutarıq, neftlə yandırarıq!
Yalan yansıtmaları. Hamıdan güclüdürlərsə, nə üçün ABŞ-dakı lobbi qurumlarını, ABŞ hökumətinə sözü keçə biləcək ayrı-ayrı kimsələri ələ almaqdan ötrü milyonlarla dollardan keçilir? Heç kimdən qorxmayanlar nəyə görə prezident seçkisi öncəsi E.Məmmədyarovu ABŞ-a gönərərək bir yandan qonşularını (IRAN, Rusiya), o biri yandan müxalifəti baqaja qoyur? Qonşularla bağlı çox yazılıb, müxalifətlə bağlı deyilənlərsə unudulub. E.Məmmədyarv, sözsüz, tapşırıq yerinə yetirərək Azərbaycan müxalifətini “milli qüvvələr” adlandırmış, onlar – “milli qüvvələr” – hakimiyətə gələrsə, Amerika Azərbaycanı itirəcək deməklə, özlərinin Azərbaycana düşmən olduqlarını, Azərbaycanı bazara çıxardıqlarını açıq-açığına sərgiləmişdi. Bu biri yandan seçki qabağı Putini armadayla Azərbaycana gətirmişdilər. Özləri BEŞINCI KOLON ola-ola, özləri hakimiyət üçün, hakimiyəti qoruyub saxlamaq üçün Azərbaycanı hamıya satmaq görənəyi göstərə-göstərə müxalifəti “düşmən dəyirmanına su tökməkdə” suçlayırlar. Düşmənin kimliyi ortadadır, Cəfər Cabbarlının personajı demiş: sübutalnı, dokumentalnı!
Demokratiya aktivləri ilə bağlı durmadan repressiya siyasəti yürüdülür: prezidenr administrasiyasından, əlaltı “parlamentdən”, məhkəmə-hüquq sisteminədək. Jurnalistləri, vəkil-hüquqçuları tutub damlayır, çeşidli yollarla blokadaya alıb susdurmağa çalışırlar. Qısasca desək, bunların başlıca prinsipi budur: Azərbaycanın səsi batırılıb boğulmalı, Azərbaycan koloniyaya çevrilməlidır – hüquqsuzluq koloniyasına! Ancaq… bacarmırlar! Yapma müxalifət düzəldib yapma “parlamentə” dürtüşdürülər – alınmır. Yapma “alternativlər” düzəldirlər – alınmır. Indi də düşdükləri qısnaqdan qurtulmaq üçüm qondarma-yapma müxalifətlə “dialoq-dialoq” oyunu düzəldirlər. Alınmayacaq – gerçəklər ortadadır!
Özlərini qorxmaz göstərənlərin gözgörəti qorxuları
•