Krasnodar qubernatorundan sensasion bəyanat

Rusiya iqtisadiyyatının düşdüyü ağır  durum Krımın birləşdirilməsinin cəzasıdır. Belə bir fikirlə Krasnodar vilayətinin qudernatoru Aleksandr Tkaçev çıxış edib. 

Tkaçev mətbuata açıqlamasında bildirib ki, ölkə istilanın, siyasi qələbələrinin cəzasını çəkir. Onun sözlərinə görə, gec ya tez bu baş verməli idi. «Bizə elə gəlirdi ki, Krımı birləşdirsək, heç nə baş verməyəcək, ABŞ və Avropa bunu həzm edəcək, Rusiya güclü və stabil dövlət kimi qalacaq. Ancaq xarici tərəfdaşlarımızın fikirlərinə diqqət yetirsək, görərik ki, onlar ölkənin iqtisadi gücünü sarsıtmaq istəyir», – deyə qubernator qeyd edib. 

Tkaçevin fikrincə, Rusiya ərazilərinin genişlənməsinə görə sevinənlər buna görə məsuliyyət daşımalıdırlar: «Hamımız alqışlayırdıq ki, nə yaxşı Krım bizim oldu. Deməli biz nəinki buna görə, həm də itkilərə görə məsuliyyət daşımalıyıq».

azadlıq.info