ÇL 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gələcək. Lakin bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüzdür.

1/8-də bu komandalar üz-üzə gələcək:

PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

“Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya)

“Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)

“Şalke” (Almaniya) – “Real” (İspaniya)

“Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya)

“Arsenal” (İngiltərə) – “Monako” (Fransa)

“Bazel” (İsveçrə) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.