Hökumətə yaxınlığı ilə tanınan “Yeni Şəfəq” qəzetində Ərdoğan hökumətinə açıq-aşkar rəğbəti ilə tanınan Əbdulkadir Selvi “Gülən camaatına” qarşı aparılan əməliyyatlarla bağlı təpki göstərdi. O, “Bu hadisəni tək kəlmə ilə yanlış adlandırıram” yazısında gözlənilmədən hökuməti sərt tənqid edib.
Yazarın sözlərinə görə, baş vermiş hadisə bütün dünyada Türkiyəni rəzil etməkdən başqa bir işə yaramadı: ““Zaman” və STV rəhbərlərinin həbs edilməsi nə məna daşıyır? “Zaman” qəzetinə gedib polislərin Əkrəm Dumanlını polis maşınına mindirməyi doğrudurmu? Türkiyədə mətbuata təzyiq göstərilir deyənlərin arqumentləri gücləndirilmədimi? Bu əməliyyatı həyata keçirənlər nəyə xidmət etdiklərinin başa düşürlərmi? Aparılan əməliyatlar Türkiyənmi dünyada rəzil etməkdən başqa bir işə yaramadı”.
Yazarın sözlərinə görə, Erkenegonda olduğu kimi bir çuval açıldı və hər kəsi bu çuvala doldurmaq istəyirlər: “Camaatın çevriliş etmək istədiyinə inanmıram. Bütün baş verənlərin doğru olmadığını bildirirəm. Çox açıq və qəti şəkildə bildirmək istəyirəm ki, Əkrəm Dumanlının və Hidayət Qaracanın həbsə atılması səhvdir. Kimin etməsindən asılı olmayaraq mən buna etiraz edirəm”.


