Rusiya əhalisinin cəmi 6% Krıma görə yaranan böhrana dözməyə hazırdı
«Levada» mərkəzinin keçirdiyi sorğuya əsasən, Rusiya əhalisinin cəmi 6% Krımmın birləşdiriləsi səbəbindən yaranan böhrana və gəlirlərinin azalmasına dözməyə hazırdır. Rusiya ordusunun Ukraynaya göndərilməsini isə əhalinin cəmi 30% dəstəkləyir.
Mərkəzinin direktoru Lev Qudkov «Azadlıq» radiosunun rus xidmətinə müsahibəsində bildirib ki, Rusiya əhalisi Krımın işğalı səbəbindən yaranan sosial problemlərə dözmək istəmir. Rusların əksəriyyəti heseb edir ki, baş verənlərə görə yalnız ölkə rəhbərliyi itkilərə məruz qalmalıdır.
Qudkov sanksiyaların əhaliyə ciddi təsir etdiyini də deyib: «Əhalinin təxminən 80% qiymət artımını hiss edir. 16% bildirib ki, qiymət artımı onlar üçün ağır nəticələrə səbəb olub və bu səbəbdən də xərclərini azaltmalı, bəzi mallarından imtina etməli olublar».
azadlıq.info


