Rauf Arifoğlunun “ayaq tutub yeriyən” yalanı haqda

“Qafqazın ən çox oxunan qəzeti” niyə yerlərdə sürünür, yaxud “Yeni Müsavat” “Səs”lə necə eyniləşdi

Yanılmıramsa, ingilislərin sözüdür, deyirlər, bir yalanı ört-basdır eləmək üçün daha 7 yalan uydurmaq lazımdı. Adətən yalançıların fantaziyası güclü olur, utanmaq hissləri də korşamış, elə buna görə də 7 nədir, 777 yalanı da istehsal etmək onlara çətin gəlmir. Düşünmək olar ki, burada çətin iş o yalanın hədəfi olanların boynuna düşür. Bu qədər yalana təkzib, izahat vermək asan görünməməlidir axı…

Amma həyat o qədər də ədalətsiz deyil, işi-peşəsi yalan istehsal etmək olanların cəmiyyətdə etibarlılıq əmsalı çox tez ölür və onların məhsulları uzaqbaşı qeybət mövzusu olaraq qalır.

Yalan və təzkib müqəddiməsini son zamanlar gündəmi məşğul edən “Yeni Müsavat”ın AXCP və “Azadlıq” qəzetinə qarşı silsilə hücumlarına nəzərən yazdım. AXCP və onun lideri son vaxtlar bu qəzet tərəfindən olmazın iftiralarına, böhtanlarına tuş gəlməkdədir. Birmənalı olaraq heç bir tənqidə davamı olmayan, havadan ibarət məqalələrə biz AXCP olaraq çoxdan cavab vermirik. Bu, qətiyyən mediaya, ictimai rəyə qarşı sayğısızlıq deyil, sadəcə, dezinformasiyaya və böhtana qarşı prinsipial mövqedir.

Çoxdandır “Yeni Müsavat”, təəssüf ki, AXCP-yə və ümumən müxalif düşüncə daşıyıcılarına qarşı “Yeni Azərbaycan”, “Səs” kimi mövqe seçir. Biz də ədalət naminə ayrı-seçkilik etməyərək, həmin qəzetlərə uzun illərdir göstərdiyimiz münasibəti “Yeni Müsavat”a qarşı da sərgiləyirik. Əksini bir anlıq təsəvvür edin. AXCP bu qəzetin bütün uydurmalarına izah və təkzib vermək məcburiyyətində olsa, onda gərək partiya böyük bir heyəti “iftiralara və qarayaxmalara qarşı” adı altında mükəlləfləndirə. Bu isə özünün bir nömrəli hədəfini Əliyevlərə qarşı mübarizə olaraq seçən partiyanın öz enerjisinə heyfi gəlməmək olardı. Üstəlik, bizim çox zaman qınadığımız ictimai rəy bu məsələdə dəqiq mövqeyini ortaya qoyub. Hələ heç bir özünə hörmət edən, “Yeni Müsavat”dan dolayısıyla və ya birbaşa asılı olmayanlardan savayı kiminsə ortaya çıxıb, o qəzetin AXCP, Əli Kərimli barədə səsləndirdiyi cəfəngiyyatları dilə gətirdiyinə şahid olmamışıq.

AXCP ictimai rəyə həssas partiyadır. Obyektiv tənqid, hətta cəmiyyətdə xüsusi çəkisi olmayan sosial şəbəkə istifadəçisi tərəfindən ünvanımıza səslənəndə də biz ona izahat, arayış vermişik, verməkdəyik.

Ancaq insafı əldən verməyib, bir məqamı da vurğulamaq lazımdı ki, “Yeni Müsavat”ın ayaq tutan bir yalanı var. Bu, Qafqazın, Azərbaycanın “ən çox oxunan” qəzeti adına iddia eləmələri və tirajlamalarıdır. Bu gün oxucuların çoxu həmin fikri şübhə altına almağı heç ağıllarından da keçirmir. Səbəbi budur ki, birincisi, doğrudan da bu qəzet vaxtilə oxunan olub, birinci sırada gedib; ikincisi isə internetdə ümumi IP sayı ilə manipulyasiyanı hamıdan əvvəl mənimsəyib tətbiq etdiklərinə görə azı iki ildir itirdikləri adı (ən çox oxunanlardan biri) bu gün üstlərində daşıyırlar.

Bəs reallıq necədir? Reallıq budur ki, təkrar edirəm, azı iki ildir ki, “Yeni Müsavat” tiraj, satış məsələsində “Azadlıq”a uduzur. Bu, qəzet təsərrüfatını bilən istənilən şəxsə, redaksiyaya məlumdur, kim həvəsində olsa, yayım şirkətlərindən öyrənə də bilər. Eləcə də tənbəllik etməyib, ən yaxınınızdakı qəzet köşkündən xəbər ala bilərsiz ki, son iki ildə ən çox hansı qəzet satılır – “Azadlıq”la “Yeni Müsavat”ın müqayisəsi hansının xeyrinədir?

İndi keçək internet oxucularına.

“Yeni Müsavat”ın özünü öyməsi sayta ümumi giriş sayına görədir. Uzun müddət idi ki, onlar bu say vasitəsilə çoxlarını hipnoz edə bilmişdilər. Bu say doğrudan da çox görünürdü. Lakin virtual aləmdə “hər saytın bir rayon aldığı” günlərdə birdən-birə hakimiyyət özü etiraf elədi ki, süni IP sayı artırma proqramı var və bəziləri qeyri-etik formada bundan bəhrələnir. Hətta o zaman hakimiyyət öz cibində olan saytların bəzisinin qulağını çəkib sayğaclarını yığışdırdı. Bununla belə, hətta ümumi IP sayı “Yeni Müsavat” üçün əhəmiyyətli dəlildirsə, onda üzrlü saysınlar, birinclik onlara yox, “Bizim Yol” qəzetinə məxsusdu. Çünki “Bizim Yol” o IP sayını süni yolla artırmağı “Yeni Müsavat”dan da yaxşı bildiyindən indi onların IP-si ümumiyyətlə, kəllə-çarxdadı.

Beləliklə, aydın olur ki, birincisi ümumi IP sayını süni yolla artırmaq bir faktdır və bu heç də qəzetin oxunma sayının yüksək olduğuna dəlalət eləmir.

IP giriş saylarının saxta olduğunu biz özümüz də çox asanlıqla müəyyən edə bilərik. Məsələn, biz son dövrdə adı çəkilən qəzetin bütün dost-tanışını səfərbər etdiyi bir mövzu – Batumi rüsvayçılığı üzərindən analiz apara bilərik. Bəlli olduğu kimi, Rauf Arifoğlu bu mövzunu mənfi kontekstdən tirajlamaq üçün fövqəladə rejimdə işləyirdi, öz qəzetindən hətta YAP rəsmilərinin fikrini, demokratik düşərgəyə, o cümlədən “Azadlıq” qəzetinə qarşı yayırdı.

Mən o yazıların ən parlaq, ən çox oxunanlarından 21-ni seçdim. Eləcə də bu 21 hədyana “Azadlıq” qəzetində verilən 5 məqaləni…

Indi isə oxu sayına baxaq. Eyni mövzu üzrə 21 məqalədən (özü də bunların əksəriyyəti manşetdən yayımlanıb) “Yeni Müsavat” cəmi 47 min 221 oxucu sayı qazanıb. “Azadlıq” qəzetinin həmin mövzuda yayımladığı 5 məqaləni isə 83 min 656 istifadəçi oxuyub…

Nisbət göz qabağındadır. Kifayət qədər aydın mənzərədir. Bu məsələdə hər kəsin özünün nəticə çıxarması üçün aşağıda həmin məqalələrin linkini də əlavə edirəm. Kimin vaxtı və həvəsi varsa, özü incələyə bilər.

Biz bu müqayisəni ölkə həyatında ajiotaj yaradan, hadisə sayılan istənilən mövzu üzərində edə bilərik, onda da mənzərə dəyişəcəksə, yenə də “Azadlıq”ın xeyrinə olacaq. Hakimiyyətin tənqidinə həsr olunan məqalələri isə heç müqayisə eləməyə dəyməz. Çünki burada “Qafqazın ən çox oxunan qəzeti”nin oxunma sayı yerlə sürünür.

Sonda, onu da vurğulamağa dəyər ki, “Yeni Müsavat”ı hələ də oxuyanlar da bu qəzetin yalan, böhtan yazmaqda xüsusi probleminin olmadığını bilirlər. Orada yazılanların nə qədər həqiqət olub-olmadığını hamı bilir. Qəzeti və saytı hələ də oxuyan azsaylı oxucular isə hökumətin və AXCP-nin radikal tərəfdarlarıdır. Hökumətin dəstəsi, xüsusilə də son illərdə müxalifət düşərgəsini tərk edib, iqtidara sığınanlar azarkeşlik edirlər ki, görək bu gün “Yeni Müsavat” hökumət əleyhdarlarını necə qaralayıb? Bir qisim də cəbhəçilər var ki, hökumətin müxalifətə qarşı planlarından, təxribatlarından, AXCP-yə qarşı hansı böhtanlar atdığından xəbər tutmaq üçün “Yeni Müsavat” oxuyurlar.

Bu təsvir mübahisəsiz onu təsdiq edir ki, “Yeni Müsavat”ın ən çox oxunan, tirajlı qəzet olması barədə dedikləri illüziyadır, şəhər əfsanəsidir. Və bu hal bir daha ictimai rəyə inanmağa əsas verir. Demək ki, xalqın gözü hələ tərəzi rolunu itirməyib.

“Yeni Müsavat”ın yazıları:

1. http://musavat.com/news/gundem/batumda-kechirilen-beynelxalq-forumda-skandal-fotolar-ve-video-yenilendi-2_228532.html?welcome=1

2. http://musavat.com/news/son-xeber/jem-batumi-forumundaki-olaylara-reaksiya-verdi_228854.html

3. http://musavat.com/news/son-xeber/batumi-savashi-azerbaycan-qalib-geldi-ermeniler-deyen-olmadi-video-fotolar_228917.html

4. http://musavat.com/news/gundem/batumdaki-ermeni-texribatinin-detallari_228973.html

5. http://musavat.com/news/siyaset/deputatlarimizdan-batumi-qalmaqalina-reaksiya_229176.html

6. http://musavat.com/news/batumi-forumundan-sensasion-xeber-vuqar-bayramov-beynelxalq-mehkemeye-uz-tutdu_229041.html

7. http://musavat.com/news/son-xeber/azay-quliyev-batum-forumu-ile-bagli-maraqli-faktlar-achiqladi_229308.html

8. http://musavat.com/news/son-xeber/batumi-satilan-qezet-ve-siyasi-dustaqlara-destek-ilhamiyye-rza-yazir_229383.html

9. http://musavat.com/news/musahibe/batumi-forumu-vuqar-bayramov-detallari-achiqladi_229408.html

10. http://musavat.com/news/gundem/batumi-forumunda-qalmaqal-yaradan-cexiya-teshkilatindan-daha-bir-ermeniperest-addim-fotolar_229558.html

11. http://musavat.com/news/ermenilere-beraet-qazandirmaq-hech-de-onlarin-adini-uca-etmir_229586.html

12. http://musavat.com/news/yazarlar/batumide-batanlar_229686.html

13. http://musavat.com/news/gundem/umud-rehimoglu-batumi-forumu-ile-bagli-beyanat-yaydi_229727.html

14. http://musavat.com/news/siyaset/yap-dan-batum-forumuna-reaksiya_229873.html

15. http://musavat.com/news/gundem/batumi-qalmaqalindan-sonra-praqada-muemmali-gorush_229894.html

16. http://musavat.com/news/siyaset/borchali-cemiyyetinden-batum-forumu-achiqlamasi_229911.html

17. http://musavat.com/news/gundem/people-in-need-ermeniperestliyi-ve-bizim-milli-ermeniler-senedler-subutlar_228923.html

18. http://musavat.com/news/gundem/people-in-needin-sos-karabakh-emeliyyati-yeni-subutlar_229638.html

19. http://musavat.com/news/gundem/people-in-needin-sos-karabakh-emeliyyati-yeni-subutlar_229638.html

20. http://musavat.com/news/gundem/adihi-rehberi-cexiyanin-people-in-need-teshkilatinin-tesischisine-achiq-mektub-unvanladi-metn_230215.html

21. http://musavat.com/news/yazarlar/elif-haciyevi-qatil-sayanlarin-dostlari_230465.html

“Azadlıq”ın yazıları:

1. http://www.azadliq.info/syast/327-siyaset2/56160-ctimai-fallar-rauf-arifolunun-gizli-missiyasn-fa-etdi.html

2. http://www.azadliq.info/syast/327-siyaset2/56359-batumi-xyanti-faktlarn-dili-il.html

3. http://www.azadliq.info/syast/326-siyaset1/56439-ba-redaktor-yap-dan-molodes-ala-bildi.html

4. http://www.azadliq.info/syast/295-syast/56222-tannm-vkil-batumi-qlbsinin-arxasndak-iyrncliyi-ifa-etdi.html

5. http://www.azadliq.info/siyast/56119-azrbaycan-nuemaynd-heyti-ss-hueququnu-itirdi.html