Vaşinqton bütün ölkələri Moskva ilə işgüzar əlaqə saxlamamağa çağırıb və yeni kontraktları diqqətlə izləyəcəyini bildirib. Bu bəyanatla Dövlət Departamentinin sözçüsü Cen Psaki çıxış edib.
ABŞ-ın bununla Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələri də buna çağırıb-çağırmadığı barədə suala Psaki belə cavab verib: “Məsələni bu şəkildə qoymuruq. Ancaq bir daha vurğulayırıq ki, Rusiya ilə biznes əlaqələri olmamalıdır”.
Müşahidəçilər hesab edir ki, bu bəyanat Hindistan və Türkiyənin Rusiya ilə müəyyən razılaşmalara getməsinə cavabdır. Xatırladaq ki, Rusiya prezidenti bu yaxınlarda hər iki ölkədə səfərdə olub və tərəflər iqtisadi sahələrdə müəyyən anlaşmalar əldə ediblər.
azadliq.info


