“Xədicənin həbsi siyasi sifarişdir”

Daha bir beynəlxalq təşkilat jurnalistə azadlıq tələb etdi

“Front Line” beynəlxalq hüquq-müdafiə təşkilatı jurnalist Xədicə Ismayılın həbsini pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən dərhal jurnalisti azad etmək tələb olunur:

“Xədicə Ismayıl nüfuzlu, peşəkar bir jurnalistdir. O, prezidentin ailə üzvlərinin biznesini araşdırıb və məmurların korrupsiya faktlarını üzə çıxarıb. Xədicə araşdırmalarına görə, bundan əvvəl də təzyiqlərə məruz qalmışdı. Son dəfə onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Xədicənin həbsi siyasi sifarişlidir və araşdırmaları ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətindən Xədicə Ismayılı dərhal azadlığa buraxmağı, onun bundan sonrakı fəaliyyətinə maneə yaratmamağı tələb edirik”.

İnformasiya şöbəsi