Xədicə İsmayılın həbsinə İsveçdən reaksiya

“Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması həyəcan doğuran həddə çatıb”

İsveçin xarici işlər naziri Margiot Wallstrom Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirib. İsveçli nazir tweeter hesabında yazıb: “Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması həyəcan doğuran həddə çatıb. Jurnalist Xədicə İsmayılovanın həbsi də bura daxildir. Azərbaycanı ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq”.

azadliq.info