Türkiyəni şoka salan azərbaycanlı uşaq FOTO

Xərçəng xəstəsi olan uşağın həyat hekayəti “Hürriyyət”in manşetində yer aldı

Türkiyənin “Hürriyyət” qəzeti Azərbaycanda xəstə övladının müəlicəsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edən, lakin heç bir yardım görməyən ailənin üzləşdiyi problemlərdən bəhs edən yazı dərc edib. Yazını ixtisarla təqdim edirik: 

“3 ay bundan əvvəl Azərbaycanı tərk edərək Almaniyanın Münhin xəstəxanasına üz tutan Orucovlar ailəsinin məqsədi iki yaşlı körpəsinin dərdinə əlac tapmaqdır. 8 aylıq ikən rahim xərcənginə yoluxan Füruzə atası Ramin Orucov və anası Türkan Orucova tərəfindən “Münhin Schwabing” Klinikasına yerləşdirilərək müalicəsini davam etdirir. Atası Ramin Orucov Almaniya mətbuatına müsahibə verərək, Füruzənin Bakıda müayinə olunduğunu və körpəyə rahim xərçəngi dioqnozunun qoyulduğunu,1 il ərzində 18 dəfə kimyaterapiya olduğunu bildirib.

Üç həftədən bir kimyaterapiya alan Füruzənin atası Ramin Orucov Almaniyaya gəlməmişdən əvvəl Bakıda qarşılaşdığı acınacaqlı vəziyyəti belə şərh edib:

“Prezidentin xanımına məktub yazdıq, cavab gəlmədi…”

“Azərbaycan dövlətinə müraciət etdik, prezidentin xanımına məktub yazdıq, amma nə cavab gəldi nə də yardım. Alamaniyada həkimlər güclü terapiya ilə müalicə edirlər. Maddi dəstək olmasaydı, qızımız çoxdan ölmüşdü…”.

Azərbaycanlı iş adamı 50 min avro dəstək oldu

Qohumlarının tövsiyyəsilə Münhinə gəldiklərini bildirən Ramin Orucov İstanbulda yaşayan azərbaycanlı iş adamının etdiyi 50 min avro maddi dəstək və ümumilikdə 68 min avro ilə Almaniyaya gəldiklərini qeyd edir: ”Türk Motosiklet Turkos MC” menecerlərilə tanış olduq .Allah razı olsun, bizə sahib çıxdılar…”.

Füruzə üçün  bu günə qədər maddi dəstək olanlar arasında çoxsaylı türk vətəndaşı var. Əlavə olaraq Bundesliqa komandalarından “Wolfsburg”da oynayan və həyat yoldaşı türk olan futbolçu Aron Hunt Füruzənin sağlamlığına qovuşması üçün  5 min avro bəxşiş verib.