
İfaçı son qərarında Gökhan Özoğuzu seçib və onun komandasında yarışa davam edəcəyini açıqlayıb. O, əvəllcədən Gökhanı seçməyi düşündüyünü elan edib. Adını eşidən türk müğənni isə sevinclə səhnəyə çıxaraq komandasının yeni üzvünü təbrik edib.
Xatırladaq ki, adıçəkilən yarışa çıxan və səsi ilə türkləri heyran edən azərbaycanlılar çox olub. Amma onlardan ən yaddaqalanı ötən həftə Türkiyədə günün mövzusuna çevrilən Elnur Hüseynov olub. Azərbaycanın "Eurovision 2008" təmsilçisi olan Elnur Ebru Gündəşi seçib.