Avropalı komissardan Xədicə İsmayılla bağlı qəti tələb

"Azərbaycan hakimiyyəti fikirlərinə görə barmaqlıqlar arxasına atılanların hamısını azad etməlidir"

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

«Tanınmış jurnalist və Ofisimin uzunmüddətli tərəfdaşı Xədicə İsmayılın həbsi təsdiqlədi ki, insan haqları müdafiəçiləri və Avropa Şurası ilə əməkdaşlıq edən digər fəalların üzləşdiyi təzyiqlərdən dolayı narahatlığım əsassız deyil. Onun həbsini qəti pisləyirəm və bunu ölkədə tənqidi fikirlərə görə seçmə üsulla cinayət ittihamlarının irəli sürülməsi kimi dəyərləndirirəm.

Xədicəylə oktyabrda Bakıda görüşdüm, əzmkarlığının və son vaxtlar həbs olunan fəalların müdafiəsinə verdiyi müsbət töhfənin şahidi oldum. Həbsindən bir neçə saat əvvəl Ofisimlə əlaqə saxlayıb, bir jurnalist həmkarının məsələsini müzakirə edib

Azərbaycan hakimiyyəti insan haqları fəallarına təzyiqlərə son qoymalı, fikirlərinə görə barmaqlıqlar arxasına atılanların hamısını azad etməlidir».