Çempionlar Liqasının qrup mərhələsində son turunun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qruplarının görüşləri oynanılıb.
A qrupunda “Yuventus” səfərdə “Atletiko”nun qonağı olub. Oyun qolsuz bərabərliklə başa çatıb və hər iki klub növbəti mərhələyə adlayıb. Qrupun digər oyununda ”Olimpiakos” “Malmö” nu qəbul edib. Yunanıstan klubu 4-2 hesabı ilə qalib gəlsə də, mübarizəni Avroliqada davam etdirəcək.
B qrupunda “Real” “Ludoqorets”i, “Liverpul” isə “Bazel”i qəbul edib. 1/8 finala vəsiqəni təmin edən “Real” 4-0 hesabı ilə qələbə çalıb. “Liverpul” və “Bazel” oyununda qrupda ikinci yerin sahibi məlum olacaqdı. Oyunn 1-1 hesabı ilə başa çatdı. Bu nəticə “Bazel”i pley-off-a, “Liverpul”u isəə Avroliqaya yollandı.
C qrupunda “Zenit” “Monako”nun, “Benfika” isə “Bayer”in qonağı olub. “Monako” 2-0 hesabı ilə qələbə qazanaraq qrup lideri olub. Digər oyunda hesab açılmayıb. Bu nəticə “Bayer”i qrup ikincisi edib. “Benfika” isə qrupda sonuncu yeri tutub.
D qrupunda “Qalatasaray” “Arsenal”ı qəbul edib. Növbəti mərhələ şansını itirən İstanbul klubu 1-4 hesabı ilə məğlub olub.Qrupun digər oyununda Dortmund “Borussiya”sı “Anderlext”i qəbul edib. Oyun 1-1 hesabı ilə başa çatıb. Bu qrupda “Borrusiya” birinci, “Arsenal” isə ikinci yeri tutub. “Anderlext” mübarizəni Avroliqada davam etdirəcək.
azadlıq.info