UEFA-dan Krım komandalarına qadağa

Avropanıın ali futbol qurumu olan UEFA Krımını futbol klublarına Rusiya çempionatında iştirak etməyi qadağa edib. 

Qadağa Putinin Krımla bağlı son çıxışından bir gün sonra tətbiq edilib. Kreml rəhbəri bildirib ki, Krım onun üçün müqəddəsidir və heç kim Rusiya ilə güc dili ilə danışa bilməz. Lakin futbol məsəsində bu hədələr keçmədi. UEFA üzv ölkələrlə məhz güc dilində danışır. Hər hansı federasiya qayydalara əməl etməyəndə isə qurumdan çıxarılır. 

Qaydalara görə, heç bir ölkə digər ölkənin icazəəsii olmadan onun komandalarını öz çempionatına qəbul edə bilməz. Bu səbəbdən də «Tavriya Simferopol Krım», «Sevastopol» və Yaltanın «Jemçujına» klubları Rusiya çempionatında oyunlarını davam etdirə bilməz. Siyasi vəziyyət stabilləşənə qədər Rusiya UEFA-nı «xüsusi zona» elan etdiyi Krımda heç bir idman yarışı keçirə bilməz. Əks halda onun işinə nizam-intizam komissiyası baxacaq. 

azadlıq.info