Konqresin qətnaməsi Rusiyanı qorxuya salıb

ABŞ-ın məqsədi Rusiyada hakimiyyət dəyişikliyi üçün şərait yaratmaqdır, – bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Dövlət Dumasındakı çıxışı zamanı deyib. Nazir müavini hesab edir ki, sanksiyaların məqsədi Rusiyada hakimiyyət dəyişikliyi üçün sosial-iqtisadi zəmin yaratmaqdır. Ryabkovun sözlərinə görə, Rusiya hakimiyyəti bundan narahat deyil və əminliklə hərəkət edir. Xatırladaq ki, ABŞ Konqresinin qəbul etdiyi 758 saylı qətnamədə Rusiyanın hərəkətləri kəskin pislənilirdi. Moskva qətnaməni etirazla qarşılayıb və bunu soyuq müharibənin başlanması kimi qələmə verib. 

azadlıq.info