Belarusdan Gömrük İttifaqına ciddi zərbə

Moskvanın ittihamlarına cavab olaraq Belarus Rusiya ilə sərhəddə gömrük postalarını bərpa edib. Baxmayaraq ki, Gömrük İttifaqı yaranarkən bu postlar ləğv edilmişdi. Hazırda yük maşınları ilə yanaşı minik avtomobilləri də gömrük nəzarətindən keçir. Bu da sərhəddə böyük tıxacın yaranmasına səbəb olub.

Xatırladaq ki, Rusiya Belarusu Avropa mallarını təkrar ixrac etməkdə günahlandırırdı. Bundan sonra Belarusun ət məhsullarının Rusiyaya gətirilməsi qadağan edildi. 

azadlıq.info