Barak və Mişel Obama barədə sevgi filmi çəkilir

ABŞ-da prezident Barak Obama və arvadı Mişel Obamanın sevgi hekayəsi haqda film çəkiləcək. “Southside With You” adlanacaq filmdə cütlüyün Harvard Universitetinin hüquq fakültəsində oxuduğu illərdə necə tanış olmasından bəhs ediləcək. 

Mişel Obamanın rolunu ifa edəcək aktrisa məlumdur. Bu aktrisa Tika Sampterdir. Barak Obamanın roluna çəkiləcək aktyor isə hələ seçilməyib. Çikaqoda çəkiləcək filmin gələn ilin iyul ayında ekranlara çıxması planlaşdırılır.

Barak və Mişel Obama öz münasibətlərini 1992-ci ildə rəsmiləşdiriblər. Onlar necə tanış olmaları barədə isə 2012-ci ilin prezident seçkisi zamanı ictimaiyyətə məlumat veriblər.