“Xədicə İsmayıla qarşı ittiham ləğv edilməlidir”
Jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı Freedom House təşkilatı da etiraz bəyanatı verib.
Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri ilə bağlı Xədicə İsmayılın yazıları uzun müddətdir ona qarşı təzyiqlərə səbəb olurdu. Onun başqasını intihar etmə həddinə çatdırma maddəsilə ittiham edilməsi heç bir məntiqə sığmır. Bu həbslə hakimiyyət açıq şəkildə göstərir ki, söz azadlığını və müstəqil vətəndaş cəmiyyətini sıradan çıxarmağa nə qədər israrlıdır.
“Xədicə İsmayıla qarşı ittihamlar ləğv edilməli və ona işə qayıtmaq imkanı yaradılmalıdır”, – deyə bəyanatda bildirilir.
azadliq.info


