Rusiyanın siyasi blefi, Azərbaycanın inqilab qorxusu

“Biz rəngli inqilaba imkan verməyəcəyik, çünki bəzi ölkələrdə onun hansıÿfəsadlar verdiyini, hansı fəlakətlər törətdiyini gördük. Rusiya ekstremizmin – rəngli inqilabın qarşısını almaq üçün hər şey edəcək. Biz Qərbin təzyiqlərinə boyun əyməyəcəyik”. Postsovet məkanında baş verən rəngli inqilablara həmişə rişxəndlə yanaşan, inqilabçılara yuxarıdan aşağı baxan, əslində isə bunu özü və ölkəsi üçün real təhlükə hesab edən Rusiya prezidenti Putinin qəfildən bu barədə açıq danışması təsadüfi deyil. Təsadüfi olsaydı, Putin bunu Təhlükəsizlik Şurasının yığıncağında müzakirəyə çıxarmazdı.

Bəli, müzakirəyə çıxarılan bu məsələ, mötəbər bir qurumun “Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri hesab olunan Moskva Beynəlxaıq Münasibətlər Institunun hərbi-siyasi araşdırmalar mərkəzinin ölkənin mövcud durumuna dair Təhlükəsizlik Şurasının sifarişi ilə hazırladığı arayış idi. Ölkədaxili siyasi sistemin bütün sferalarını əhatə edən bu arayışı ümumiləşdirib qısa bir çümlə ilə belə ifadə etmək olar:ÿƏgər beynəlxalq trend, belə davam edərsə, Rusiya uzun müddət Qərbin təzyiqlərinə davam gətirə bilməyəcək. Sanksiyalara müqavimət potensialı zəif olan Rusya iqtisadiyyatını çökdürəcək, nəticədə, getdikcə artan sosial narazılıq dalğasında inqilabi dəyişiklər qaçılmaz olacaq.

Putin administrasiyası bəlkə də düşünürdü ki, bütün bu sanksiyalar müvəqqəti xarakter daşıyır, guya bir müddətdən sonra əks-effekt verəcək və Qərb istər-istəməz öz qərarını dəyişəcək. Amma OPEK-in neft hasilatı ilə bağlı Vyana sammitində verdiyi, xüsusilə də ABŞ-ın Federal Rezerv Sisteminn (FRS) uçot dərəcələrinə dair qəbul etdiyi qərarlardan sonra başa düşdülər ki, Qərb, deyəsən, elə-belə, boşuna geri çəkilmək fikrində deyil; sona qədər, müsbət nəticəyə nail olanadək mübarizəni davam etdirəcək. Artıq Prezident Administrasiyasından, daha doğrusu, komandadan qopmalar başlayıb: aparatın on əməkdaşı istefa verib. Bəli, Krım avantürasından sonra yaşanan qələbə isterikası indi dəyişməyə başlayıb, sanksiyaların təsirini öz üzərində hiss edən cəmiyyətdə artıq əvvəlki eyforik ovqatdan əsər-əlamət qalmayıb. Ona görə də Putinin reytinqi son bir ayda nə az, nə çox, düz 35 faiz aşağı düşüb. Bu sorğunu ötən ay Rusiyanın ən nüfuzlu sosioloji araşdırma mərkəzi olan “Levada Mərkəzi” təşkilatı keçirib.

“Rəngli inqilab” qorxusu…

Əgər “rəngli inqilab” məsələsi qeyri-ciddi olsaydı Rusiya prezidentdən sonra Xarici Işlər və Müdafiə Nazirləri onu təşvişlə bir daha dilə gətirməzdilər. Lavrov mətbuat konfrasında açıq şəkildə deyib ki: “Qərb Rusiyaya qarşı sanksiyalar tədbiq etməklə rəngli inqilab üçün zəmin hazırlayır”. Ardınca ÿhərbi sənaye kompleksinin nümayəndəsi olan Şoyqu Çinin Müdafiə Naziri Vanquan ilə Honq-Konqdakı vəziyyəti müzakirə edərkən rəngli inqilablardan danışıblar. Sonda hər iki nazir etiraf edib ki, indiki zamanda heç bir ölkənin rəngli inqilablardan qorunmaq immuniteti yoxdur. Göründüyü kimi, Rusiya və Çin rəsmiləri publikaya rəngli inqilabları Avropa və Amerika strateqlərinin eksperimenti kimi təqdim etsələr də öz aralarında bunu bir tarixi qanunauyğunluq olduğunu etiraf edirlər.

Yeri gəmişkən, rəngli inqilablar haqda bir tarixi xatırlatma: bu söz birləşməsi on il bundan əvvəl politoloji bir termin kimi siyasi gündəmimizə daxil oldu. Samuel Hintinqton məşhur “Demokratiyanın üçüncü dalğası” məqaləsində hər dalğanın özünəməxsus keçid modeli olduğunu qeyd edib göstərirdi ki, rəngli inqilablar da üçüncü mərhələ üçün məqbul variant hesab oluna bilər. Tranzitologiyanın tədqiqat oyekti olan rəngli inqilablar əsasən avtoritar rejimlərin mövcud olduğuÿ postsovet məkanın da ÿbaş verib və syasi dəyişikliklər nəticəsində sovet nomenklaturası demokratik qüvələrlə əvəzlənib. Örnəyi: Qırğızıstan, Gürcüstan və Ukraynadı. Növbəti hədəf, deyəsən, Rusiyadı, çünki indi ölkədə hamı prezidentdən tutmuş nazirlərə, sıravi vətəndaşlara qədər hər kəs rəngli inqilabdan danışır.

Siyasi dəyişikliklər qaçılmazdır!

Əslində, postsovet ölkələr keçid dövrü adı altında mütləq avtoritar və oliqarxik rejimin qurulması, dövlət mülküyyətinin ədalətsiz bölgüsü, daha döğrusu, ifrat özəlləşməsi, korrupsiya və monopolizmin ekspansiyası, nəticədə toplumun parçalanmasına, sürətlə təbəqələşməsinə və iki əks qütblü çəmiyyətin yaranmasına gətirib çıxartdı. Fəqət belə rejimlər ideoloji baza olmadan özünün movcudluğunu uzun müddət qoruyub saxlaya bilmir: bu üzdən də belə rejimlərdə hakim elita son illər liderə və dövlətə pərəstişin üzərində yeni ideologiya qurmaq, yaratmaq istəyirlər, amma alınmır, iflasa uğrayır. Çünki dünya sürətlə dəyişir: ideoloji sistemlər artıq innovasiya sistemləri ilə əvəzlənir, iqtisadi texnolojilər yenilənir, siyasi paradiqmalar dəyişir, bir sözlə, yeni təhlükəsizlik düzəni – münasibətlər sistemi yaranır. Bu bir tarixi qanuna uyğunluqdur: qarşısını kimsə, nəsə ala bilməz. Bu məntiqdən çıxış edərək, demək olar ki, Rusiya artıq istər-istəməz siyasi dəyişikliklər mərhələsinə daxil olub, yəni avtoritarizmdən demokratiya keçidin astanasındadır: sadəcə olaraq, keçid yumşaq da ola bilər, sərt də ola bilər. Bu, artıq keçidi şərtləndirən daxili və xarici faktorlardan, hakimiyyətin siyasi iradəsindən asılıdır. Nə yazıqlar ki, 140 milyon xalqın taleyi siyasi ambisiyaların girovuna çevrilmiş bir qrupdan, hərbi sənaye kompleksindən asılıdır. Ammaÿ kimdən və nədən asılı olmayaraq bu dəyişiklik tarixi bir zərurətdir: bütün hallarda, tez və ya gec, reallaşacaqdır: istər yuxarıdan islahat yolu ilə yumşaq keçid, istərsə də aşağıdan inqilabi yolla sərt keçid olsun. Fərqi yoxdur.

Bəli, Rusiya tarixi, siyasi bir seçim qarşısındadır, amma bu iki variantdan hansının reallaşacağını proqnozlaşdırmaq çətindir. Çünki hakimiyyət daxilində əks mövqelərdən çıxış edən iki qrup mövcuddur. Onları şərti olaraq mülkü elita (oliqarxlar) və hərbi elita (hərbi-sənaye kompleksi) adlandırmaq olar. Mülkü elita – oliqarxlar Putinə “siyasi və iqtisadi liberallaşma” kursu seçib nə qədər ki, gec deyil, demokratik açılım elan etmək və təcili islahatlara getmək təklifi edir. Hərbi elita – hərbi sənaye kompleksi isə qəti şəkildə islahatların əleyhinə çıxaraq əks mövqedən çıxış edir və demokratik açılımı mövcud siyasi sistemin sonu sayır.

Siyasi dəyişikliklər: daxili və xarici faktorlar

Putinin hansı variantı seçməsindən asılı olmayaraq siyasi dəyişikliləri şərtləndirən daxili və xarici faktorlar indiki şəraitdə biri digərini tamamlayır. Keçid üçün xarici faktorlar nə qədər əhəmiyyətlidirsə, daxili faktorlar bir o qədər həlledicidir. Artıq Rusiyada siyasi dəyişikliklərə münasibətdə qüvvələr nisbəti dəyişib: qapalı sovet sistemində yetişən və nostalji hisslərlə yaşayan yaşlı nəsildən fərli olaraq, bu illər ərzində yarı açıq, yarı qapalı sistemdə yeni, dünyaya açıq, kreativ, gənc bir nəsil yetişib.

Ən əsası isə odur ki, son 20 ildə neft-qaz bumunun hesabına ölkədə pis-yaxşı bir orta təbəqə, orta sinif yetişib vəÿbu, orta təbəqə isə istər-istəməz ÿcəmiyyətdə qüvvələr nisbətini keçidin hansı formada olmasından asılı olmayaraq siyasi dəyişiklik istəyən qüvvələrin, demokratların xeyirinə dəyişib. Artıq Rusiya demokratları “Avropa seçimi” koalisiyası yaradıblar.ÿBəli, alternativ enerji inqilabı gerçəkdən dünyanın geosiyasi mənzərəsini dəyişir: artıq neft-qaz erası bitir, soyuq nüvə sintezi reallığa çevrilir və yeni era başlayır. Daha neft-qaz amili geopolitkanın əsas prioritetlərindən biri olmayacaq və dünya siyasətində təsir imkanları minimuma enəcək. Nəhayət, neft-qaz borularını dəyənəyə çevirib meydan sulayan ərəb şeyxlərinin, rus və azərbaycan neft xudalarının zamanı bitir.

Pəki, bütün bu olub keçənlərdən sonra nə baş verə bilər?..

Indi hamını bir sual düşündürür: Rusiyanın özünü təcrid siyasəti, beynəlxalq trendin davam etməsi və neft-qaz erasının bitməsi Rusiyaya nə vəd edir? Bütün bunların müqabilində Rusiyada inqilab gerçəkdən qaçılmaz olacaq, ən azı Ukraynada baş verənlər – Avromaydan inqilabı bu və ya digər formada təkrar oluna bilər.

Nəzərə almaq lazımdır ki, Rusiyada nə baş verirsə, onun rezanansı az sonra Azərbaycanda hiss olunur. Siyasi cəhətdən az qala Rusiya ilə iç-içə olan Azərbaycanda əksər hallarda müəyyən proseslər heyrət doğuracaq dərəcədə eyni formada təkrarlanır, sanki onlar sinxron hərəkət edirlər. Ona görə də ortaya belə bir sual çıxır: Rusiyada rəngli inqilab baş versə, bunun bizim ölkəmizə təsiri necə olacaq? Məlum məsələdir ki, Rusiya dünyada mövcud olan bütün avtoritar rejimlərin və diktatorların sonuncu dayağı və sığındığı istehkamdır. Odur ki, Rusiyada baş verən inqilabi dəyişiklik, nəinki bizim ölkəmizdə, bütün dünyada siyasi sistemi dəyişəcək. Yeni təlükəsiz Dünya düzəni yaranacaq! Bu, geosiyasi reallıqdır!

P.S.Rəngindən asılı olmayaraq bütün inqilablar, istər ağ olsun, istər rəngli, fərqi yoxdur, hər ikisinin də məqsədi və məramı eynidir: insanlar azad, demokratik və ləyaqətli cəmiyyətdə yaşamaq istəyir…