“Hakimiyyət bu həbslə qarşısındakı qırmızı xətti keçdi”
Xədicə İsmayılın həbsinin Azərbaycana təyin olunmuş yeni ABŞ səfirinin Bakı yolçuluğunda olmasıyla üst-üstə düşməsinin bir əlaqəsi varmı? Bu həbsi Vaşinqtona soyuq duş effketi kimi qəbul etmək olarmı?
Moderator.az-ın bu sualına cavabında eks-spiker Rəsul Quliyev deyir ki, hakimiyyət qırmızı xətti keçib və bu ona baha başa gələ bilər:
“ABŞ-ın Azərbaycanda səfirinin kim olmasının nə vaxt məlum olması ilə Xədicə İsmayılın həbsi arasında necə əlaqə ola bilər. Mən mətbuatdan oxudum ki, onun tutulmasını kiminsə intihar etmə cəhdi ilə əlaqələndirirlər, yəni hökümət bu həbsin sifarişli olmadığını, adi məişət hadisəsi olduğunu qələmə vermərk istəyir. Ancaq Xədicə xanımın həqiqətən nə üçün həbs olunduğu nəinki Azərbaycanda, bütün sivil dünyada hamıya məlumdur. Xədicə xanımı həbs etməklə hökümət qarşısında qoyulmuş qırmızı xətti keçdi və bu həbs ona baha başa gələcək. Hələ gec deyil, apellasiya məhkəməsi sabah bu məsələyə yenidən baxıb 2 aylıq həbs qəti imkan tədbirini ləğv etməlidir”.



