Cəmil Həsənli Devid Kramerlə görüşdü

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin ABŞ paytaxtı Vaşinqtonda görüşləri davam edir. O, dekabrın 4-də “Freedom House” təşkilatının keçmiş rəhbəri, Makkeyn institununun icraçı direktoru Devid Kramerlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Azərbaycandakı vəziyyət, siyasi məhbuslar problemi, insan haqları və mətbuat azadlığı sahəsindəki problemlər müzakirə olunub.
Həbsdə olan hüquq müdafiəçisi Arif Yunusun qardaşı, ABŞ-da yaşayan Ramiz Yunus da görüşdə iştirak edib.

azadliq.info