«Amerika astronaftları Ayda olmayıb»
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha bir səs-küylü bəyanat verib. O bildirib ki, ABŞ-ın Aya təşkil etdiyi uçuş mifdən başqa bir şey deyil və dünya «Apollon»la bağlı həqiqəti bilməlidir.
İzmirdə çıxışı zaman dövlət başçısı bildirib ki, ABŞ astronaftlarının heç vaxt Ayda olmadığını etiraf etməlidir. Aya uçuş isə Hollivudda qurulmuş bir səhnədir. Ərdoğan digər dövlətlərə də müraciət edərək onu dəstəkləmələrini istəyib. «Hər bir dövlət başçısı bunun yalan olduğunu bilməlidir. Mən bunun mif olduğunu eşidəndə dəhşətə gəldim. Bunu sirr kimi saxlamaq olmaz», – deyə Ərdoğan qeyd edib.
O həmçinin zamanı gələndə bir çox sirrləri açacağına da söz verib.
azadlıq.info


