
Noyabrın 30-da AXCP Sabirabad rayon şöbəsinin məclisi keçirilib. Məclisdə şöbənin konfransa hazırlığının vəziyyəti müzakirə olunub və dayaq dəstə sədrlərinə müvafiq tapşırıqlar verilib.
İkinci məsələ kimi ölkədə və Sabirabadda ictimai-siyasi vəziyyət müzakirə olunub və hakimiyyyətin son zamanlar apardığı qanunsuz həbslərə münasibət bildirilərək, pislənilib. Bütün cəbhəçilər bu həbslərin onlarda nəinki mübarizə əzmini zəiflədəcəyini, hətta əksinə, bundan sonra daha da prinsipial mübarizə aparıb 2015-ci il parlament seçkilərində fəal iştirak edəcəklərini deyiblər.
30 noyabr həm də siyasi məhbus, tanınmış hüquqşünas İntiqam Əliyevin doğum günü olduğundan məclis iştirakçıları bütün sabirabadlılar adından onu təbrik ediblər. Daim onunla olduqlarını bildirib, onunla fəxr etdiklərini bildiriblər. Ona tezliklə azadlıqda görüşəcəklərini arzulayaraq, bu yolda əllərindən gələni edəcəklərinə söz veriblər.



