AXCP sədri Əli Kərimli dekabrın 2-də Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb. Partiyadan aldığımız məlumata görə, görüşdə Azərbaycan-AB münasibətləri, ölkədəki mövcud ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi, o cümlədən Leyla Yunus, İntiqam Əliyev və başqa sağlamlıqları təhlükədə olan məhbusların vəziyyəti və Xalq Cəbhəsi Partiyasına qarşı başlayan yeni repressiya dalğası müzakirə olunub.
azadliq.info


