“Rublun düşməyi sanksiyaların işləməyini göstərir”

Avropa Birliyinin Genişlənmə Komissarı Johannes Hahn deyib ki, Rusiya rublunun düşməyi sanskiyaların işləməyini göstərir.

O deyib:”Mənim fikrimcə, bu, sanksiyaların təsirinin sübutudur. Mən ümid edirəm ki, bu, Rusiyanın vəziyyəti normalaşdırmaq üçün birinci addımı atmasına kəmək edəcək”.

Dekabrın 1-də Moskvada rubl öz dəyərinin 8 faizini itirib. 1 avro 66,5 rubl, 1 dollar 53,29 rubl səviyyəsinə qalxıb. 

Rubl il başlanandan öz dəyərinin 40 faizini itirib. Rublun düşməsinə səbəb sanksiyalar və neftin qiymətinin düşməsidir. (azadliq.org)