Müsavatı tərk edən gənclər yeni partiya yarada bilər

Müsavat Partiyasının qurultayının nəticələrindən və hazırkı rəhbərliyin siyasətindən narazı qalaraq partiyadan istefa verən gənclər yeni partiya yarada bilər. Müsavat Gənclər Təşkilatının sabiq sədri Əhliman Abbas APA-ya açıqlamasında bildirib ki, heç bir halda Müsavata qayıtmayacaq. O qeyd edib ki, istefa verən gəclərlə birlikdə yeni partiya yaradılması fikri var, ancaq bu istiqamətdə hələ ki hər hansı müzakirə aparılmayıb.