“Siz El Chanar şəhərinə getsəniz, burda Lionel Messi küçəsi ilə Javier Mascherano küçəsinin kəsişdiyini görəcəksiniz”, – bunu Reuters Argentinanın Gaseta de Tucuman qəzetinə istinadla xəbər verir.
Argentinaın şimal-qərb vilayəti olan Tucumanın El Chanar şəhərində küçələrə Argentinanın futbol yığması üzvlərinin adı verilib. Onlar buna Braziliyada Dünya Kubokunda finala çıxdıqlarına görə layiq görülüblər.
Yerli sakin Nancy Quiroga deyir: “Mənim bacım Di Maria küçəsində yaşayır. Bu, yaxşı əlamətdir, çünki onun oğlu öz komandasında eyni mövqedə oynayır”. (azadliq.org)