
Türkiyenin TV 8 kanalında yayımlanan "O ses Türkiye" yarışmasının dekabrın 1-de keçirilen bölümünde azərbaycanlı ifaçının çıxışı Türkiyəni heyrətləndirib.
“Eurovision 2008”də ölkəmizi təmsil edən Elnur Hüseynovun çıxışından sonra münsiflərin və tamaşaçıların israrı ilə daha bir neçə mahnı ifa edib.
Münsiflər indiyə qədər belə ifaya və səsə rast gəlmədiklərini dilə gətiriblər. Məşhur müğenni Ebru Gündeş Elnur haqda "İndiyədək Türkiyədə keçirilmiş bütün yarışmalarda belə səs və ifa olmayıb", deyib.


