Əli Kərimli İntiqam Əliyevin ailəsinə baş çəkdi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri – AXCP sədri Əli Kərimli, İbrahim İbrahimli, Vidadi Mirkamal və AXCP sədrinin müavini Nurəddin Məmmədli siyasi məhbus İntiqam Əliyevin ad günü münasibətilə onun ailəsinə baş çəkib.
İntiqam bəyin qondarma ittihamlarla həbs olunduğunu deyən Əli Kərimli bildirib ki, bu həbs hakimiyyətin yürütdüyü repressiya siyasətinin tərkib hissəsidir.
“İntiqam Əliyev Azərbaycan cəmiyyətində çox böyük nüfuza sahibdir. Onun həbsi və xəstəlikləri ilə bağlı yaşadığınız çətinliklər müvəqqətidir. İntiqam bəyin cəmiyyətdəki nüfuzu, hörməti çəkdiyiniz əziyyətlərdən qat-qat artıqdır. Fikir verirsinizsə, İntiqam bəyə qarşı heç kimi danışdıra bilmirlər. Sanki cəmiyyətdə İntiqam bəylə bağlı bir həmrəylik var. Hamı düşünür ki, İntiqam bəy kimi dürüst bir insanın həbsi Allahsızlıqdır. İntiqam bəy çox güclü insandır. Tezliklə bütün bu çətinliklər keçəcək. Allahın köməkliyi ilə tezliklə ev-eşiyinə, demokratik düşərgəyə qayıdar”.
O cümlədən, İbrahim İbrahimli,Vidadi Mirkamal, Nurəddin Məmmədli də İntiqam Əliyevin həbsinin təsadüfi olmadığını bildiriblər.

Bəyim