Rubl rekord həddə ucuzlaşdı

Dollar 50, avro isə 62 rublu keçdi; neft 66-69 dollara düşdü

Rusiya rublu dollar və avroya nisbətdə noyabrın 28-i axşam tarixi minimumuna enib. Moskva birjalarında 1 dollar daha 1.3 rubl bahalaşaraq, 50 rublu keçib. Avro isə 1.2 rubldan artıq balaşaraq, 62.2 rubl olub. Real məzənnəni müəyyənləşdirən valyuta səbətində isə 1 dollar 55.48 rubla bərabər götürülür.

Rublun yenidən qiymətdən düşməsi neftin də ucuzlaşması fonunda baş verib. Brend marakalı neft 28 noyabr axşamı üçün artıq 70 dollarlıq psixoloji həddən aşağı düşüb – 69.9 dollar/barrel. WTI markalı neftin 1 barreli isə 4%-dən çox ucuzlaşaraq, 66 dollar civarında qərarlaşıb.

Neftin və buna paralel olaraq rublun qiymətdən düşməsi ötən gün OPEK-in hasilatı artırmayacağa haqda verdiyi qərardan sonra sürətlənib.

azadlıq.info