Asif Yusiflinin həbsinin ardından

Möhtərəm qardaşım Asif Yusifli şübhəniz olmasın ki, həbs olunacağını bilirdi. Çünki uzun müddət idi izlənilirdi, ətrafında əməliyyat tədbirləri qurulurdu. Bir neçə təxribatı çevik davranışı ilə dəf edə bilmişdi. Bunlar heç.

Asifi gözəl tanıyanlar onun üstün bir keyfiyyətinə bələddilər. O ən çətin halında belə kefin soruşanlara “yüksək səviyyədə” deyən adamdı. Əmənim, bizimlə yəni ictimaiyyətlə ilk birbaşa və ya bilavasitə təmasında da Asifin ilk mesajı “hər şey yüksək səviyyədədir” demək olacaq. O, həm də bunu elə inandırıcı, sirayətedici formada deyir ki, müqavimət göstərməyə yer qalmır.

Potensial həbs təhlükəsi barədə o həmişə deyirdi ki, ölümdən çətindi ki. Mən bu həyata vəsiqəni iki dəfə almış adamam (Asif bəy həm müharibədə, həm də mülki həyatda çox ağır güllə və qəza yarası alıb). Onsuz indi yaşadığım artıqdı.

Asif bəy mənəviyyatı möhkəm olan adamdı. Onu həbslə qorxutmaq, tankın üstünə qışqırmaq kimi bir şeydi. Asif bəyi hz Yusif məqamına üz tutması münasibəti ilə təbrik edirəm. Bu Asif bəyə yaraşır!

Bunlar sizin üçün maraqlı olar…

Asif Yusifli peşəkar hüquqçu, qəhrəman döyüşçü, əqidəsi sabit cəbhəçi olmaqla yanaşı həm də istedadlı fikir sahibi idi. Çoxlarınız bəlkə də, xəbərsizdi, onun bir bloqu da var. Baş şüarını “zülm bitsin” formasında seçən Asif bəy bloqunda Azərbaycanda hökm sürən zülm və talana qarşı aydın, prinsipial yazılar həsr edib. Onun facebookdakı status və şərhlərin tənbəllik etməyib bir yerə yığsan, çağdaş Azərbaycanın mini səlmanəsi yaranar.

Son söhbətlərimizin birində vədləşmişdik ki, bloqunda daha məhsuldar olsun. O da demişdi ki, sağlamlığın qaydaya qoyan kimi xüsusən qazilərin hüquqları ilə bağlı sistematik yazıları olacaq.

Biz ümidimizi itirməmişik. O yazılar olacaq!