Putinin ittifaqı iflasa uğradı

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Facebook səhifəsində Rusiyanın Gömrük İttifaqı layihəsinin uğursuzluğundan yazıb:

“Gömrük İttifaqı üçün nə qədər çalışdılar, hamısı da mənasız. Yenə də daxili sərhədlər tətbiq edildi, baxmayaraq ki, Gömrük İttifaqı onların olmamasını və malların sərbsət hərəkətini nəzərdə tutur. Putin Avropa Birliyindən Rusiyaya ərzaq gətirilməsinə qadağa tətbiq edəndən sonra dənizə çıxışı olmayan Belarus krevet, qızılbalıq və istridyə tədarükçüsü olub. Bundan əlavə, yüksək keyfiyyətli pendir, meyvə və tərəvəz tədarük edir. Batka Rusiyanın hesabına yaxşı qazanıb. 

İtkilər milyardlarla hesablananda Kremldəki ağıllılar başlarını tutdular və daxili sərhədləri qaytarmaq qərarına gəldilər. 

Gömrük İttifaqı çox yaşamadı. Niyə? Putin avropalılara qarşı sanksiyaları Lukaşenko və Nazarbayevlə razılaşdırmağa borclu idi. O bunu etmədi. Belarus da, Qazaxıstan da sanksiya tətbiq etməyib və etməyə də hazırlaşmır. Gömrük İttifaqının qaydalarına görə, Putin birtərəfli qaydada sanksiya tətbiq edə bilməzdi, ancaq o nunu elədi. Ona görə də indi Gömrük İttifaqı yoxdur. 

Bələ bu yaxşılığa doğrudur. Lukaşenko rejimini saxlamaq Rusiyaya çox baha başa gəlir. İldə azı 5 mlrd dollar. Bu pula ac qalan dörd vilayəti saxlamaq olar”.