Siyavuş Novruzovdan kredit üsyanı

«Azərbaycanda krediti qaytarmaq üçün gərək ya silah alveri ilə məşğul olasan, ya narkotika sataşı, ya da insan alveri ilə»

«Dəfələrlə müzakirə olunsa da, niyə kredit faizləri məsələsi öz həllini tapmır?». Bunu Milli Məclisdə 2015-ci il üçün büdcə müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə olunub və kredit faizlərinin aşağı salınması üçün müəyyən addımlar atılıb. O hesab edir ki, bu tədbirlər öz bəhrəsini verməyib:

«Qorunan əmanətlər üzrə faiz dərəcələrin 12%-dən 10%-ə salındı. Müəyyən addımlar atıldı. Amma kredit faizləri aşağı düşmədi. Əvəzində bankların gəlirləri 3,5%-dən 5,2%-ə qədər artdı. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Çünki, əhalinin kredit borcu artıq 1 mlrd. manata yaxınlaşır. İnsanların mənzilləri, texnikaları borca görə əlindən alınır. Bunun qarşısı mütləq alınmalıdır».

Siyavuş Novruzov da bu məsələyə münasibət bildirib: «Azərbaycanda verilən krediti qaytarmaq üçün gərək ya silah alveri ilə məşğul olasan, ya narkotika satasan, ya da insan alveri ilə. Çox böyük faizlərdir»