Tanınmış ictimai xadim, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Nurəddin Mustafayevin oğlu Rauf Mustafayev vəfat edib. 39 yaşlı Rauf Mustafayev Krımda yaşayırdı, tibbi əməliyyat keçirdikdən sonra sağlamlıq durumu pisləşmişdi, sonradan Moskva şəhərində müalicəsi davam etdirilsə də, orada xəstəxanada vəfat edib. Mərhum Bakıda dəfn olunacaq.
Dəfnin 20 noyabr 2014-cü ildə olacağı gözlənilir (Bakı şəhəri, İstiqlaliyyət küçəsi 45-dən). Mərhumun 3 mərasimi isə 21 noyabr 2014-cü ildə Təzə Pir məscidinin mərasim zalında olacaq ( qadınlar üçün saat 11-dən, kişilər üçün saat 15-dən).
Nurəddin Mustafayevə və yaxınlarına Rauf Mustafayevin vaxtsız vəfatına görə baş sağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!
Nurəddin Mustafayevə ağır itki
•


