Qurum siyasi partiyaları üz-üzə qoymaq istəyir
Azərbaycan Islam Partiyası sədrinin müavini Akif Heydərli Bakı meriyasının mitinqlərinə icazə vermədikdən sonra atacaqları addımlardan danışıb.
A.Heydərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rəsmi məktubda qeyd olunub ki, onların mitinq təyin etdiyi gün, yəni noyabrın 16-da AXCP mitinq keçirəcək: “Biz bunu elan etdik, nə AXCP, nə də Milli Şura bizə cavab vermədi ki, keçirəcəklər ya yox. Görünür ki, buəvvəlcədən AXCP ilə razılaşdırılıb ki, Islam Partiyası mitinq keçirməsin. Belə deyildisə, AXCP bunu elan etməli idi”.
Partiya funksioneri qeyd edib ki, meriyanı məhkəməyə verəcəklər: “Biz mitinq keçirməkdə israrlıyıq. Noyabr ayının sonunda mitinq keçirmək üçün təkrar müraciət edəcəyik. Bizə verilən cavabın qeyri-qanuni olması haqda araşdırma aparacağıq. Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verəcəyik. AXCP və Milli Şura da məhkəmədə tərəf kimi çıxış etməli olacaq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə A.Heydərlinin ittihamlarınıəsassız hesab edir. Fuad Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib ki, Milli Şuranın 9 noyabr mitinqinə icazə verilməmişdənəvvəl Bakı Şəhər Icra Hakimiyyətinin ictimai-siyasi təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanlı onunlaəlaqə saxlayıb: “Onunla söhbətdə mən bildirdim ki, Milli Şura aksiyanı noyabrın 10-da keçirmək istəyir. Biz müraciətdə noyabrın 9-u, 10-u və 16-nı göstərmişdik. Düşünürdük ki,əgər ayın 9-u və ya 10-u hava şəraiti pisləşərsə aksiyanı 16-da keçirək. Lakinəsas qərarımız aksiyanı 10-da keçirmək idi. Mən bunu Zaur Ramazanlının diqqətinə çatdırdım. Lakin sonradan meriya ayın 9-na icazə verdi. 9 noyabr mitinqindən sonra isə mən Mitinq Komitəsinin üzvü və aksiyanın təşkilatçısı kimi KIV-lərə açıqlamamda bəyan etdim ki, bizim noyabrın 16-da aksiya keçirmək niyyətimiz yoxdur. Bu baxımdan hesab edirəm ki, Islam Partiyasının nümayəndəsinin bizi ittiham etməsiəsassızdır. Yaxşı olar ki, onlar bu məsələ ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətindən izahat tələb etsinlər”.


