19 noyabr 2014-cü il: Vaşinqton – Bakı. “Yazılsın tarixə bir qızıl xətlə”. Göstərilən ilin göstərilən günündə Vaşinqtonda da, Bakıda da korrupsiya ilə bağlı yığıncaq keçiriləcək. Bildirildiyinə görə, Vaşinqtondakı yığıncaqda korrupsiya ilə bağlı dinləmələr olacaq. Senator Ben Kardinlə konqresmen Kristofer Smitin başda durduğu bu dinləmələrdə dünyanın korrupsiya liderlərindən olan Azərbaycanın da BAŞDA duracağı quşqusuzdur. Korrupsiyanın dövlət siyasətinə çevrildiyi Azərbaycan, daha doğrusu, Azərbaycanda korrupsiyanı dövlət siyasətinə çevirmişəliyevlər hakimiyəti bu gün az qala bütün demokratik dünyanın başağrısına çevrilib.
Bugünlərdə “Azadlıq2 radiosunda bizimlə birgə çıxışa bir ”istiqlalçı-müxalifətçi” deputat da qatılmışdı. Özünü bir yandan “Istiqlalçı”, o biri yandan “müxalifətçi” adlandıran bu adam 1993-dən bu yana Azərbaycanda ISTIQLALIN da, MÜXALIFƏTIN də atasını yandırıb, anasını ağlar qoyanəliyevlər hakimiyətini Aleksandr Motrosovcasına qorumağa girişmişdi. Məniməliyevlər hakimiyətini korrupsioner adlandırmağım onun “istiqlalçı-müxalifətçi” mənliyinə necə toxunmuşdusa, adam qızışıb özündən çıxmış, lapəliyevlərin özləri təki “korrupsiya təkcə Azərbaycanda yox, bütün dünyada var”, deyirdi. Çağ qıtlığından biz orda onun cavabını yetərincə verə bilmədik. Indi Vaşinqtonda – Bakıda keçiriləcək korrupsiya yığıncaqları baxımından yetərli cavab verməyin yeridir. Ancaq qabaqca Bakıda keçiriləcək korrupsiya yığıncağına toxunaq.
Bakıda Uluslararası Antikorrupsiya Akademiyasının sıra yığıncaqlarından biri keçiriləcək. Bakıda keçiriləcək bu yığıncaqa bir çox dövlət adamlarının, o sıradan, baxanların, parlament başçılarının, korrupsiya ilə çarpışma komissiyaları başçılarının qatılacağı gözlənilir. Bəlli olduğu kimi, Azərbaycan dünyanın korrupsiya çemionatında uzun illərdən bəri liderliyiəldən verməyən tək-tək ölkələrdəndir. Bununla yanaşı, bizim ölkəmizdə yer üzündə ANALOQU olmayan antikorrupsiya qurumu da var. Özü də bu qurumun başlıca kuratoru dünyanınən yenilməz “antikorrupsiya” ideoloqlardından olan Ramiz Mehdiyevdir – administrator-filosof-akademik Ramiz Mehdiyev. Sözsüz, Uluslararası Antikorrupsiya Akademiyası onun çoxillik “zəngin təcrübəsindən” çox şey öyrənə bilər. Görünür, Antikorrupsiya Akademiyası buna görə Azərbaycanda topalaşmaq istəyində bulunub. Onlarəliyevlər hakimiyətindən antikorrupsiya ELMI öyrənəcəklər. Sonra da Avropada, Amerikada korrupsioner süpürgəçilərlə, qapıçılarla… antikorrupsiya çarpışmasına başlayacaqlar…
Vaşinqtonda keçirilən korrupsiya yığıncağında ATƏT ölkələrində korrupsiya ilə çarpışma üçün effektli institutların qurulmasının, yurddaş toplumunun bu işdəki rolunun önəmindən danışılacaq. Tutulmasaydılar, bizdən o yığıncağa birincilər sırasında Leyla Yunusla Intiqaməliyev çağırılardı. Onlar tutulub, onların ideya yoldaşlarısa tutulmaq qorxusu altında günləri sayır. Iş qalır o yığıncağa “korrupsiya bütün dünyada var” deyənləri çağırmağa. Bunlar kimlərdir? Bunlar deputatlıqla, bir sıra gəlir qaynaqlarına yiyələnməklə yanaşı, içdən-dışdan böyük-böyük qrantlar alıb, azacıq da olsa dəyərli iş görmədən mənimsəyənlərdir. Onlar “bütün dünyada korrupsiya olduğunu” nədən bilirlər? Uzun illərdən bəriəlatısı olduqları hakimiyətin Azərbaycanı soyub-yağmalama yoluyla bir sıra dövlət adamlarını, Ingiltərə parlamentindən AŞ PA-yadək bir çoxlarını pulla satın almaqla hakimiyətlərini qoruyub saxlamalarından. Hə, bu baxımdan korrupsiya dünyanın hər yerində var.
Ancaq, bir var hansısa dövlətdə kimsə, tək-tək kimlərsə Azərbaycandakı kimi korrupsioner rejimlərdən pul alıb, bu ölkədə demokratik dəyərlərin, insan hüquqlarının tapdanması faktına göz yuma, bir də var sənin ölkəndə korrupsiya DÖVLƏT SIYASƏTINƏ çevrilə…